Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb

Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.
Fərdi
2 Noyabr , 2019 13:19
Vitali Kliçkoya qarşı cinayət işi qaldırılıb

Ukrayna Milli Antikorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.

"Report"un "RBK Ukraina"ya istinadən verdiyi məlumata görə, Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır. 

Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub. O, 5 iyun 2014-cü ildə Kiyev meri seçilib. 

Son xəbərlər

Orphus sistemi