Yuxarı

Veyk-an-Zee: Karlsen altıncı dəfə çempion olub, Məmmədyarov 4-cü yeri tutub

Şəhriyarı birinci və ikinci yerlərdən yarım xal ayırıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Norveçli Maqnus Karlsen karyerası ərzində altıncı dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən ənənəvi "Tata Steel Chess" şahmat turnirinin qalibi olub.

“Report” xəbər verir ki, Karlsen və holland Aniş Giri 13 turun yekununda hərəyə 9 xal toplayıb.

Bu səbəbdən qalib tay-brek sayəsində müəyyən edilib. Hazırkı dünya çempionu iki partiyanın yekununda daha güclü olub - 1,5-0,5.

Yekun 13-cü turda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov hindistanlı Vişvanatan Anandla heç-heçə oynayıb.

Yekun vəziyyət

1. Maqnus Karlsen – 9 xal.

2. Aniş Giri – 9.

3. Vladimir Kramnik – 8,5.

4. Şəhriyar Məmmədyarov — 8,5.

5-6. Vişvanatan Anand, Uesli So — 8.

7. Sergey Karyakin — 7,5.

8. Pyotr Svidler – 6.

9. Vey İ — 5,5.

10-12. Qaveyn Cons, Fabiano Karuana, Maksim Matlakov — 5.

13. Başkaran Adhiban — 3,5.

14. Hou İfan — 2,5.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi