Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının Çin və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının Çin və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb Rauf Məmmədovla Zeynəb Məmmədyarova istirahət edəcəklər
Fərdi
3 Oktyabr , 2018 12:27
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının Çin və Ukrayna ilə oyunlar üçün heyəti açıqlanıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Azərbaycanın kişi və qadınlardan ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında IX tur qarşılaşmaları üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, kişilərdən ibarət yığmanın Çinlə görüşdə ilk 3 lövhədəki üzvlərinin tərkibində dəyişiklik baş verməyib. Yalnız 4-cü lövhədə Rauf Məmmədovu Eltac Səfərli əvəzləyib. 

Qadınların yarışında isə Zeynəb Məmmədyarova Ukraynaya qarşı oynamayacaq. 

Azərbaycan - Çin

Şəhriyar Məmmədyarov - Din Lijen

Teymur Rəcəbov - Yu Yanyi

Arkadi Naydiç - Vey Yi

Eltac Səfərli - Bu Syançji

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Səfərli qara fiqurlarla oynayacaqlar.

Azərbaycan - Ukrayna 

Günay Məmmədzadə - Anna Muzıçuk

Xanım Balacayeva - Mariya Muzıçuk

Gülnar Məmmədova - Anna Uşenina

Ülviyyə Fətəliyeva - Yuliya Osmak

Məmmədzadə və Məmmədova ağ, Balacayeva ilə Fətəliyeva qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, kişilərin yarışında ABŞ 15 xalla liderdir. Polşa 14 xalla 2-ci, Azərbaycan millisi isə 13 xalla 3-cü sıradadır. Qadınların mübarizəsində isə Azərbaycan komandası 13 xalla 5-ci pillədədir. İlk iki yerdə 14 xalla Çin və Ukrayna qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi