Yuxarı

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmalarının ABŞ və Gürcüstanla oyunlar üçün heyəti açıqlanıb

Teymur Rəcəbov və Rauf Məmmədov ağ, Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qara fiqurlarla oynayacaq

Bakı. 2 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VIII turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvaviq olaraq, ABŞ və Gürcüstanla üz-üzə gələcək.

7 turdan sonra kişilərdən ibarət yığma Polşa və ABŞ-la birgə hərəyə 13 xalla ilk 3 yeri bölüşür. Qadın millisi isə 11 xalla 8-cidir.

43-cü Ümumdünya Şahmat Olimpiadası

VIII tur

Kişilər

ABŞ - Azərbaycan

Fabiano Karuana - Şəhriyar Məmmədyarov

Uesli So - Teymur Rəcəbov

Hikaru Nakamura - Arkadi Naydiç

Samuel Şanklend - Rauf Məmmədov

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.


Qadınlar

Gürcüstan - Azərbaycan

Salome Meliya - Günay Məmmədzadə

İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova

Sofio Qvetadze - Xanım Balacayeva

Sopiko Xuxaşvili - Gülnar Məmmədova

Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayacaq.

Görüşlər saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən tur Azərbaycan komandaları müvafiq olaraq, Çexiya və İtaliya ilə 2:2 hesablı heç-heçə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi