Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adını qoruyub

Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adını qoruyub Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın ağır çəki dərəcəsində peşəkar boksçusu Aleksandr Usik britaniyalı rəqibi Toni Bellyunu 8-ci raundda nokauta salaraq mütləq dünya çempionu titulunu qoruyub.
Fərdi
12 Noyabr , 2018 11:39
Ukraynalı boksçu Aleksandr Usik ağır çəkidə mütləq dünya çempionu adını qoruyub

Bakı. 11 noyabr. REPORT.AZ/ Ukraynanın ağır çəki dərəcəsində peşəkar boksçusu Aleksandr Usik britaniyalı rəqibi Toni Bellyunu 8-ci raundda nokauta salaraq mütləq dünya çempionu titulunu qoruyub.

“Report” TASS-a istinadən xəbər verir ki, birinci ağır dərəcədə və eyni anda dörd kəmər - WBO, WBC, WBAIBF versiyaları üzrə mütləq dünya çempionu adı uğrunda döyüş Britaniyanın Mançester şəhərində keçirilib.

Görüşün sonu Bellyunun ağır zədələnməsi ilə nəticələnib.

Qələbə ukraynalı üçün 16-cı olub. O, peşəkar karyerası ərzində məğlub olmayıb. Bellyunun aktivində 30 qələbə3 məğlubiyyət var.

Usik mütləq dünya çempionu adını iyulda rusiyalı Murat Qassiyev üzərində xal hesabı ilə əldə etdiyi qələbə sayəsində qazanıb. Həmin vaxt ukraynalı rinqdəcə Bellyunu döyüşə çağırıb.

Son xəbərlər

Orphus sistemi