Mütləq Döyüş Çempionatı (UFC) 2020-ci ildə 42 turnir keçirməsə, təxminən, 750 milyon ABŞ dolları itirə bilər.
“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu bənd təşkilatın tədbirlərini yayımlayan ESPN-lə bağlanmış müqavilədə əksini tapıb. Həmin sözləşməyə əsasən, il ərzində minimum 42 turnir təşkil olunmalıdır.
Qeyd edək ki, UFC hələlik 7 turnir keçirə bilib. Çoxlu sayda yarış isə koronavirusa görə təxirə salınıb.