Yuxarı

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb. 

"Report" ACF-in rəsmi saytın istinadən xəbər verir ki, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. 

Hər iki mütəxəssis, həmçinin millimi üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, S.Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb. 

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunları öncəsi son mundialda 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi