Azərbaycan velosipedçiləri "Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırıblar

Azərbaycan velosipedçiləri "Tokio-2020" üçün ölkə reytinqinə növbəti xalları qazandırıblar Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.
Fərdi
27 May , 2019 13:25
Azərbaycan velosipedçiləri Tokio-2020 üçün  ölkə reytinqinə növbəti xalları qazandırıblar

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.

"Report" xəbər verir ki, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Elçin Əsədov və Samir Cəbrayılov mübarizə aparıb. Müvafiq olaraq Ukraynanın “Lviv” və Belarusun “Minsk” kontinental klublarının velosipedçiləri Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar. 

Əsədov yarışı 8-ci, Cəbrayılov isə 10-cu pillədə başa vurub. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 49 lisenziya xalı qazanıb.  

Son xəbərlər

Orphus sistemi