Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirib

Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirib Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ikinci final görüşünü keçirib.
Fərdi
1 Oktyabr , 2019 17:35
Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşünü keçirib
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ikinci final görüşünü keçirib.

“Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə bu dəfə qara fiqurlarla qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə bitib. İlk görüş heç-heçə yekunlaşdığı üçün Liren ümumi hesabda önə keçib - 1,5:0,5. 

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 2 partiya oynayacaqlar. 

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Son xəbərlər

Orphus sistemi