Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dortmundda (Almaniya) keçirilən Superturnirdə növbəti oyununu keçirib.
“Report” xəbər verir ki, beşinci turda onun rəqibi qara fiqurlarla oynayan rusiylı qrosmeyster Yan Nepomnyaşi olub.
Partiya 33-cü gedişdən sonra başa çatıb.
Həmçinin V turun digər qarşılaşmaları da heç-heçə yekunlaşıb. Hazırda beş turdan sonra turnir cədvəlinə 3,5 xal ilə amerikalı Lenyer Dominqes başçılıq edir. Rəcəbov, Rapport və Voytaşek hərəyə 3 xal ilə növbəti yerləri bölüşürlər. Nepomnyaşi, Nisipyanu və Fridmanın 2, Külaotsun isə 1,5 xalı var. Turnir iyulun 21-də başa çatacaq.
Beşinci turun partiyalarının nəticələri
Teymur Rəcəbov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya) – 0,5:0,5.
Daniel Fridman (Almaniya) — Lenyer Dominqes (ABŞ) — 0,5:0,5.
Kaydo Külaots (Estoniya) — Rixard Rapport (Macarıstan) — 0,5:0,5.
Radoslav Voytaşek (Polşa) — Liviu-Diter Nisipyanu (Almaniya) – 0,5:0,5.