Yuxarı

Tbilisidə şahmatın blits növü üzrə qadınlar arasında Avropa çempionatı keçiriləcək

Tbilisi. 13 mart. REPORT.AZ/ Martın 30-dan aprelin 1-dək Gürcüstanın paytaxtı Tbilisidə qadınlar arasında şahmatın blits növü üzrə Avropa çempionatı keçiriləcək.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze “Report”un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, çempionatda Azərbaycan da daxil olmaqla 15 ölkədən 80 idmançı iştirak edəcək.

Tbilisi Şəhər Meriyasının baş sponsorluğu ilə təşkil olunacaq çempionatda şahmat üzrə ən güclü idmançılar, o cümlədən dünya və Avropa çempionları mübarizə aparacaqlar.

Favoritlər arasında blits üzrə hazırkı Avropa çempionu Nana Dzanqnidze də var.

G.Georqadze Gürcüstanda şahmatın inkişafında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu yüksək qiymətləndirib və bu köməyə görə SOCAR rəhbərliyinə minnətdarlıq edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi