Yuxarı

Azərbaycanın taekvondo üzrə milli komandasının baş məşqçisi ilin ən yaxşı məşqçisi seçilib

Taekvondo üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Me

Taekvondo üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust ilin ən yaxşı məşqçisi seçilib.

"Report"un məlumatına görə, iranlı mütəxəssisi bu ada Ümumdünya Taekvondo Federasiyası layiq görüb. 

Mükafatlandırma mərasimi Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin final mərhələsinin ardından təşkil olunub. Müxtəlif nominasiyalar üzrə mükafatların verildiyi "Qala" gecədə Mehmandust da təltif edilib.

Qeyd edək ki, Qran-prinin final mərhələsində Azərbaycan taekvondoçularından Milad Beigi Harçeqani (80 kq) gümüş, Radik İsayev (+80 kq) bürünc medala yiyələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi