Azərbaycan yığma komandalarına yeni taekvondoçular cəlb olunub

Azərbaycan yığma komandalarına yeni taekvondoçular cəlb olunub Reza Mehmandust 10, Elnur Amanov 9 idmançını sınaqdan keçirəcək
Fərdi
23 Yanvar , 2017 11:29
Azərbaycan yığma komandalarına yeni taekvondoçular cəlb olunub

Bakı. 23 yanvar. REPORT.AZ/ Taekvondo üzrə Azərbaycan yığmasına yeni idmançılar dəvət olunub. Federasiyadan "Report"a verilən məlumata görə, bu barədə qərar kişi və qadınlar arasında keçirilmiş ölkə çempionatından sonra verilib. 

Kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandust Qaşım Maqomedov, Vüqar Abdullayev ( hər ikisi 54 kq), Fizam Mehtiyev, Əli Məmmədov (hər ikisi 58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəskər Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Vladislav Subbotin (80 kq), Bayraməli Vəliyev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) sınaqdan keçirəcək.

Qadın millisinin baş məşqçisi Elnur Amanov isə toplanışa Nərminə Məmmədova (46 kq), Paniz Esmaeilpur (49 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeeva (73 kq) və Elvarə Cəlilovanı (+73 kq) dəvət edib.

Yığma komandalara cəlb olunan taekvondoçular fevralın 11-də Türkiyənin paytaxtı Ankarada start götürəcək "Turkish Open" beynəlxalq turnirinə qədər təlim-məşq toplanışında olacaq. 

Son xəbərlər

Orphus sistemi