Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo turniri start götürüb

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo turniri start götürüb 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək
Fərdi
8 Dekabr , 2017 16:00
Sumqayıtda ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo turniri start götürüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri start götürüb.

“Report” Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmi saytına istinadən xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, ACF, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparırlar.

Qeyd edək ki, 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi