Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb

Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb.
Fərdi
19 Avqust , 2018 03:39
Şəhriyar Məmmədyarov turnirə qələbə ilə başlayıb

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb. 

"Report" xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib. 

 İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq. 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Son xəbərlər

Orphus sistemi