Yuxarı

Şəhriyar Məmmədyarov Norveç superturnirində sonuncu yeri tutub

​Şəhriyar Məmmədyarov Norveç superturnirində sonuncu yeri tutub

Norveçin Stavanqer şəhərində keçirilən şahmat üzrə superturnir cümə günü 9-cu partiyanın oyunları ilə başa çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, turnirin qalibi sona bir tur qalmış norveçli hazırkı dünya çempionu Maqnus Karlsen olub.

Karlsen 13,5 xal toplayıb. İkinci yeri erməni Levon Aronyan və çinli Yuy Yanyi (hərəyə 10,5 xal) tutub. Sonrakı yerlərdə amerikalı Uesli So və Fabiano Karuana (10), çinli Din Lijen (8,5), hindistanlı Vişvanatan Anand və fransalı Maksim Vaşye-Laqrav (8) qərarlaşıb.

Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 5,5 xal toplayıb və rusiyalı Aleksandr Qrişukla sonuncu pilləni bölüşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi