Şəhriyar Məmmədyarov İddiaçılar turnirinin qalibi ola bilməyib - YENİLƏNİB

Şəhriyar Məmmədyarov İddiaçılar turnirinin qalibi ola bilməyib - YENİLƏNİB Maqnus Karlsenlə görüşə ABŞ şahmatçısı vəsiqə qazanıb
Fərdi
28 Mart , 2018 00:56
Şəhriyar Məmmədyarov İddiaçılar turnirinin qalibi ola bilməyib - YENİLƏNİB

Bakı. 28 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, yarışın qalibi adını ABŞ-dan olan qrossmeyster Fabiano Karuana qazanıb.

O, XIV turda qara fiqurlarla rusiyalı Aleksandr Qrişuka qalib gələrək, 9 xalla 1-ci yeri tutub. Bununla da Karuana dünya şahmat tacı uğrunda görüşdə norveçli Maqnus Karlsenə rəqib olub.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov isə qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib. Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. O, eyni xala malik rusiyalı Sergey Karyakinlə 2-3-cü yerləri bölüşüb.

Turun digər qarşılaşmalarının nəticələri:

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5

Bu nəticələrdən sonra Din Lijen 7,5 xalla 4-cü yeri tutub. Aleksandr Qrişuk və Vladimir Kramnik hərəyə 6,5 xalla 5-6-cı olublar. Uesli So 6 xalla 7-ci, Levon Aronyan 4,5 xalla 8-ci yeri tutub.

İddiaçılar Turnirinin qalibi həm də 95 min avroya sahib olub. Şəhriyar Məmmədyarov isə 88 min qazanıb. Digər yerlərin sahibləri müvafiq olaraq, 75 min, 55 min, 40 min, 28 min, 22 min və 17 min avro qazanıblar.


***22:24

Bakı. 27 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün XIV sonuncu turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.

Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır.

Turun digər qarşılaşmaları:

Aleksandr Qrişuk (Rusiya) - Fabiano Karuana (ABŞ)

Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ) - 0.5:0.5

Sergey Karyakin (Rusiya) - Din Lijen (Çin) - 0,5:0,5

On üç turdan sonra turnir cədvəlinə Fabiano Karuana başçılıq edir. Karuana 8 xalla vahid liderdir. Şəhriyar Məmmədyarov və Sergey Karyakin 7,5 xalla 2-3-cü yerləri bölüşdürür. Din Lijen 7 xalla 4-cü, Aleksandr Qrişuk 6,5 xalla 5-ci, Vladimir Kramnik 6 xalla 6-cı pillədə qərarlaşıb. Uesli So 5,5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.

Azərbaycan təmsilçisi turnirin qalibi olmaq üçün Kramniki mütləq yenməli, Karuana və Karyakinin məğlubiyyətlərinə ümid etməlidir. Xallar bərabər olduqda əlavə göstəricilərə - şəxsi görüşlər, qələbə sayı, Zonneborn-Berger əmsalına baxılacaq. Bunlarda da bərabərlik olarsa, martın 28-də tay-breyk keçiriləcək.

Son xəbərlər

Orphus sistemi