Şəhriyar Məmmədyarov ABŞ-da superturnirdə iştirak edəcək

Şəhriyar Məmmədyarov ABŞ-da superturnirdə iştirak edəcək Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent-Luis şəhərində start götürəcək Sinkfild Kuboku superturnirində iştirak edəcək.
Fərdi
18 Avqust , 2018 11:41
Şəhriyar Məmmədyarov ABŞ-da superturnirdə iştirak edəcək

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-ın Sent-Luis şəhərində start götürəcək Sinkfild Kuboku superturnirində iştirak edəcək.

“Report” xəbər verir ki, yarışda 33 yaşlı qrossmeysterlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) iştirak edəcək.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Son xəbərlər

Orphus sistemi