“Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilib

“Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilib Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda “Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilib.
Fərdi
7 Dekabr , 2018 15:11
“Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilib
0 : 00
0 : 00

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakı Olimpiya Stadionunda “Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbir Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən “Olimpiya” Peşakar Döyüş Klubunun birgə təşkilatçılığı baş tutub.

Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Olimpiya Stadionunun əməkdaşı Fərid Əsədzadə, “Olimpiya” Peşəkar Döyüş Klubunun məsul əməkdaşı, Azərbaycanın əməkdar məşqçisi Ceyhun Abbasov, klubun məşqçiləri Rəşad Həsənov, Ruslan Əfəndiyev, rayonun təhsil müəssisələrinin direktorları iştirak ediblər.

Tədbirə həmçinin Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri, Sabunçu Gənclər Evinin gənc fəalları, Bakı Olimpiya Stadionunun məsul əməkdaşları və “Olimpiya” Peşəkar Döyüş Klubunun idmançıları qatılıblar.

Qeyd edək ki, “Olimpiya” Peşəkar Döyüş Klubu ötən ilin noyabrında istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi