Sadıq Sadıqova Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatı təqdim olunub

Sadıq Sadıqova Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatı təqdim olunub Mükafatı IJF prezidenti Marius Vizer təqdim edib
Fərdi
8 Yanvar , 2017 23:20
Sadıq Sadıqova Beynəlxalq Cüdo Federasiyasının xüsusi mükafatı təqdim olunub

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda keçirilən Beynəlxalq Cüdo Federasiyasının (IJF) hakimlər və məşqçilər üçün beynəlxalq seminarın iştirakçılarına ziyafət verilib.

"Report" xəbər verir ki, mərasimdə IJF prezidenti Marius Vizer çıxış edərək iki gün ərzində paytaxtımızda keçirilən beynəlxalq seminarın yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Azərbaycan Cüdo Federasiyasının (ACF) işini yüksək qiymətləndirən Vizer gələn il ölkəmizdə baş tutacaq dünya çempionatının da yaddaşlarda iz buraxacağına əminliyini ifadə edib. Marius Vizer cüdo idman növünün inkişafındakı xidmətlərinə görə IJF-nin xüsusi mükafatını ACF-nin vitse-prezidenti Sadıq Sadıqova təqdim edib.

S.Sadıqov dünya cüdo təşkilatının rəhbərinə minnətdarlığını bildirərək, ölkəmizin dünyada aparıcı idman dövlətləri sırasında yer aldığını vurğulayıb. IJF-nin belə bir əhəmiyyətli tədbiri Bakıda keçirməsinin əhəmiyyətindən danışan vitse-prezident yeni qaydaların cüdonun inkişafı üçün önəmli rol oynayacağına əminliyini ifadə edib.

Sonra IJF-nin baş katibi, Fransa Cüdo Təşkilatının başçısı Jan Roje Azərbaycanın dünya cüdo ailəsində xüsusi çəkiyə malik olduğunu söyləyib. Roje beynəlxalq seminarda qəbul edilən yeni qaydaların ilk dəfə olaraq gələn ay Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində tətbiq ediləcəyini bildirib. Xarici federasiyaların rəsmiləri, nümayəndələr Azərbaycan cüdosuna yeni zirvələrin fəthini arzulayıblar.

Son xəbərlər

Orphus sistemi