Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər

Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər.
Fərdi
9 Dekabr , 2019 16:22
Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər

Rusiya idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında neytral statusda çıxış edə biləcəklər.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Rusiya Antidopinq Agentliyinin (RUSADA) direktor müavini Marqarita Paxnotskaya bildirib.

Onun sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyinin (WADA) kodeksinin pozulmasına aidiyyəti olmayan idmançı və məşqçilər dünya çempionatlarına və digər beynəlxalq yarışlara da qatıla biləcəklər. Lakin onların Rusiya bayrağı altında yarışmalarına icazə verilmir.

Qeyd edək ki, WADA İcraiyyə Komitəsinin qərarına əsasən, Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququnu da itirib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub.

Rusiyanın dekbarın 21-dək qərardan apellyasiya vermək hüququ var.

Son xəbərlər

Orphus sistemi