Yuxarı

Rumıniyalı boksçu: "Azərbaycan boksçusu yaxşı mübarizə aparırdı və güclü idi"

Tırqu-Jiu. 2 aprel. REPORT.AZ/ "Son döyüşüm çox ağır keçdi, çünki üzərimdə kifayət qədər təzyiq var idi".

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Rumıniyanın Tırqu-Jiu şəhərində kişi və qadın boksçular arasında 56 kq çəkidə keçirilən Avropa çempionatındakı final döyüşündə Azərbaycan boksçusu Tayfur Əliyevi məğlub edən rumıniyalı boksçu Robert Jitaru bildirib.

O bildirib ki, qitə birinciliyində qarşısına qoyduğu məqsədə çətinliklə də olsa, nail olub: “İstəyirdim ki, finalda qalib gəlim. Çox çətin rəqiblə qarşılaşacağımı bilirdim. Gərgin mübarizə keçdi. Azərbaycan boksçusu yaxşı mübarizə aparırdı və güclü idi. Amma buna baxmayaraq, məndən olan gözləntiləri doğruldaraq çempion oldum”. 

Rumıniyalı boksçu Azərbaycan idmançılarının hər zaman çox güclü rəqib olduğunu da bildirib: “Mənim qarşılaşdığım, ümumiyyətlə, tanıdığım boksçuların əksəriyyəti çox güclü rəqiblərdir. Onlar hər zaman öz üzərilərində işləyirlər”.

Qeyd edək ki, R.Jitaru və T.Əliyev arasında ötən gün keçirilən gərgin final qarşılaşmasında rumıniyalı boksçu 4-1 hesablı qələbə ilə qitə birinciliyinin qızıl medalını qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi