​"Rio-2016": Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulur

​"Rio-2016": Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulur Mübarizəyə kişi cüdoçuların 66 kq çəki dərəcəsində yer alan Nicat Şıxəlizadə başlayacaq
Fərdi
7 Avqust , 2016 09:41
​Rio-2016: Azərbaycanın daha 4 idmançısı mübarizəyə qoşulur

Bakı. 7 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.

"Report"un məlumatına görə, bu gün ilk olaraq, mübarizəyə kişi cüdoçuların 66 kq çəki dərəcəsində yer alan Nicat Şıxəlizadə başlayacaq.

1/16 final görüşündə onun rəqibi ispaniyalı Suqoy Uriarte olacaq. Cüdoçuların mübarizəsinə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlanacaq. 21 idmançıdan ən yüksək nəticələr göstərəcək 15-i avqustun 10-da saat 20:30-da başlanacaq yarımfinala, onlardan isə 10-u həmin gün saat 22:15-də başlanacaq finalda iştirak edəcək.

Saat 19:15-də Yelena Pavluxina qadınlar arasında şosse velosipedi növündə start xəttinə çıxacaq. Bu yarışda 68 velosipedçi mübarizə aparacaq.

Avqustun 8-nə keçən gecə saat 02:00-da isə Teymur Məmmədov ukraynalı Denis Solonenko ilə 1/16 final qarşılaşmasınna çıxacaq.

Qeyd edək ki, ilk yarış günündə kamandan oxatan Olqa Senyukun sıralama yarışından sonra 1/32 finalda ilk rəqibi müəyyənləşib. Avqustun 6-da cüdoçu Orxan Səfərov (60 kq) 5-ci yeri tutub. İdman gimnastı Oleq Stepko kişilərin çoxnövçülük mübarizəsində finala, akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə yürüşdə yarımfinala yüksəlib. Digər idman gimnastı Petro Paxnyuk, şosse velosipedçisi Maksim Averin, boksçu Rüfət Hüseynov (49 kq), eləcə də 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında Ruslan Lunyov mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi