Yuxarı

Rio-2016: Azərbaycan daha bir medal qazanıb

Bu, İnna Osipenko-Radomskayanın ardıcıl 4-cü olimpiadada 5-ci medalı olub

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya final yürüşünə çıxıb.

"Report"un məlumatına görə, 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşə qatılan 34 yaşlı idmançı finişə 40,401 saniyəyə çatıb.

Bununla da Osipenko-Radomskaya bürünc medala sahib olub. Yeni Zelandiyalı Liza Karrinqton 38,864 saniyə nəticə ilə qızıl, polşalı Marta Valçikeviç 40,279 saniyə göstərici ilə gümüş medal qazanıb.

Qeyd edək ki, bu, İnna Osipenko-Radomskayanın ardıcıl 4-cü olimpiadada 5-ci medalı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi