Rikkardo Monako Qran-prisinin qalibi olub

Rikkardo Monako Qran-prisinin qalibi olub Lüis Hemilton finişə üçüncü çatıb
Fərdi
27 May , 2018 19:29
Rikkardo Monako Qran-prisinin qalibi olub

Bakı. 27 may. REPORT.AZ/ "Formula 1" üzrə Monako Qran-prisinə yekun vurulub.

"Report"un məlumatına görə, "Red Bull" komandasının avstraliyalı pilotu Daniel Rikkardo yarışın qalibi olub.

O, finişə 1 saat 42 dəqiqə 54,807 saniyəyə çatıb. İkinci yeri liderdən 7,336 saniyə geri qalan "Ferrari"nin alman pilotu Sebastyan Fettel, üçüncü pilləni isə "Mercedes"in finişə 17,013 saniyə gecikən pilotu, böyük britaniyalı son dünya çempionu Lüis Hemilton tutub. Ümumilikdə finişə 20 pilotdan 17-si çatıb.

İlk 6 Qran-prinin yekunlarına əsasən, Hemilton pilotların mübarizəsində 110 xalla liderliyini davam etdirir, Fettel 96 xalla 2-ci, Rikkardo 72 xalla 3-cüdür. Konstruktorların yarışında "Mercedes" 178, "Ferrari" 156, "Red Bull" 107 xalla ilk "3-lük"də qərarlaşıb.

Formula-1. Monako Qran-prisi. Yarış

1. Daniel Rikkardo ("Red Bull")

2. Sebastyan Fettel ("Ferrari")

3. Lüis Hemilton ("Mersedes")

4. Kimi Raykkonen ("Ferrari")

5. Valtteri Bottas ("Mersedes")

6. Esteban Okon ("Force India")

7. Pyer Qasli ("Toro Rosso")

8. Niko Hülkenberq ("Reno")

9. Maks Ferstappen ("Red Bull")

10. Karlos Sayns ("Reno")

11. Markus Eriksson ("Zauber")

12. Serxio Peres ("Force India")

13. Kevin Maqnussen ("Haas")

14. Stoffel Vandorn ("Maklaren")

15. Romen Qrojan ("Haas")

16. Sergey Sirotkin ("Uilyams")

17. Lens Stroll ("Uilyams")

Brendon Hartli ("Toro Rosso") — finişə çatmayıb

Şarl Lekler ("Zauber") — finişə çatmayıb

Fernando Alonso ("Maklaren") — finişə çatmayıb. 

Son xəbərlər

Orphus sistemi