Rapid və blits üzrə dünya çempionatının məkanı yarışa bir ay qalmış müəyyənləşib

Rapid və blits üzrə dünya çempionatının məkanı yarışa bir ay qalmış müəyyənləşib Şahmatın rapid və blits növləri üzrə 2019-cu il dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək.
Fərdi
19 Noyabr , 2019 15:41
Rapid və blits üzrə dünya çempionatının məkanı yarışa bir ay qalmış müəyyənləşib

Şahmatın rapid və blits növləri üzrə 2019-cu il dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 

"Report"un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 - 28 dekabrda rapid, 29-30 dekabrda blits üzrə mübarizə gedəcək. Yarışların ümumi mükafat fondu 1 milyon avro olacaq. 

Qeyd edək ki, 2013-cü ildə rapid üzrə dünya çempionluğunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qazanıb. 

Son xəbərlər

Orphus sistemi