Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa və dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyev 28 May - Respublika Günü münasibətilə paylaşım edib.
"Report"un məlumatına görə, 30 yaşlı idmançı Azərbaycan və türk dilində təbriklərini çatdırıb.
Qeyd edək ki, R.Quliyev dünya çempionluğunu 2017-ci ildə qazanıb. 2018-ci ildə isə o, Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.