Ramil Quliyev Brilliant Liqada ikinci olub

Ramil Quliyev Brilliant Liqada ikinci olub Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub.
Fərdi
21 İyul , 2018 09:55
Ramil Quliyev Brilliant Liqada ikinci olub

Bakı. 21 iyul. REPORT.AZ/ Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub.

"Report"un məlumatına görə, 28 yaşlı idmançı Fransanın Monako şəhərində təşkil olunan yarışda 19.99 saniyə ilə ikinciliyi əldə edib. 

ABŞ təmsilçisi Noy Layls 19.65 saniyə ilə birinci, ekvadorlu Aleks Kinones isə 20.03 saniyə ilə üçüncü olub.

Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub. 

Son xəbərlər

Orphus sistemi