Rafael Ağayev Avropa çempionatının finalında uduzub

Rafael Ağayev Avropa çempionatının finalında uduzub Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.
Fərdi
30 Mart , 2019 16:37
Rafael Ağayev Avropa çempionatının finalında uduzub

Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.

“Report” xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmanaçı İspaniyanın Qvadalaxara şəhərində ikinci yeri tutub. O, həlledici görüşdə italiyalı Luici Busaya uduzub - 0:1. R.Ağayev finala qədər Yusid Suljiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosova) və Stanislav Xorunanı üstələyib.

Bunadək Asiman Qurbanlı (+84 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi