Qolfçu Tayqer Vuds avtomobili sərxoş idarə etdiyi üçün həbs edilib

Qolfçu Tayqer Vuds avtomobili sərxoş idarə etdiyi üçün həbs edilib Polis əməkdaşları idmançını yerli vaxtla təqribən gecə saat üçdə saxlayıblar
Fərdi
30 May , 2017 08:40
Qolfçu Tayqer Vuds avtomobili sərxoş idarə etdiyi üçün həbs edilib

Bakı. 30 may. REPORT.AZ/ Amerikalı qolfçu Tayqer Vuds Floridada avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs olunub.

"Report" xəbər verir ki, polis əməkdaşları idmançını yerli vaxtla təqribən gecə saat üçdə saxlayıblar.

O, 7 saat polis məntəqəsində olub və 10:50-də sərbəst buraxılıb. Qolf ustasını hansı cəza gözlədiyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi