Bakı. 30 may. REPORT.AZ/ Amerikalı qolfçu Tayqer Vuds Floridada avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə həbs olunub.
"Report" xəbər verir ki, polis əməkdaşları idmançını yerli vaxtla təqribən gecə saat üçdə saxlayıblar.
O, 7 saat polis məntəqəsində olub və 10:50-də sərbəst buraxılıb. Qolf ustasını hansı cəza gözlədiyi barədə məlumat verilmir.