Yuxarı

Qadın velosipedçilərin Dünya Kubokunda qəza üzündən basırıq yaranıb

Qadın velosipedçilərin Dünya Kubokunda qəza üzündən basırıq yaranıb

Avstraliyanın Brisben şəhərində velotrek üzrə qadınlar arasında Dünya Kuboku zamanı kütləvi basırıq baş verib.

"Report"un məlumatına görə, qəza nəticəsində yarış iştirakçılarının yarısı liderlərə çatmaq üçün mübarizəni davam etdirə bilməyib. İnsident ciddi zədəsiz ötüşüb.

Hadisə sondan əvvəlki dövrədə iki velo-yürüşçünün təkərlərinin bir-birinə ilişməsi üzündan yaşanıb. Nəticədə onları izləyən daha 10 iştirakçı basırığa düşüb. Toqquşmanın trekin üst hissəsində baş verməsi vəziyyəti daha da çətinləşdirib.

Nəticədə qadın velosipedçilər üzüaşağı sürüşməyə də başlayıblar. Bu da daha kütləvi sonluğa səbəb ola bilərmiş.

Kifayət qədər qorxunc mənzərəyə rəğmən, idmançılar yüngül zədələrlə qurtulublar. Onlardan heç biri ciddi xəsarət almayıb və xəstəxanaya müraciət etməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi