Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək

Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək Gənclər və İdman Nazirliyi Milli İdman və Reabilitasiya İnstitutu piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirəcək.
Fərdi
17 May , 2019 15:58
Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək

Gənclər və İdman Nazirliyi Milli İdman və Reabilitasiya İnstitutu piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirəcək. 

Nazirlikdən "Report"a verilən məlumata görə, aksiya mayın 18-də Dənizkənarı Park ərazisindəki “Saat qülləsi”nin yanında təşkil olunacaq. 

Aksiya çərçivəsində müraciət edən əhalinin həkim müayinəsindən keçirilməsi, bəzi laborator müayinələrin aparılması, artıq çəki və piylənmə problemləri aşkar olunmuş şəxslərə müxtəlif ixtisaslı həkimlər tərəfindən lazımı tövsiyələrin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ictimaiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə 2010-cu ildən ənənəvi olaraq, hər ilin mayında Avropa ölkələrində piylənmə ilə mübarizə günü keçirilir.

Son xəbərlər

Orphus sistemi