Özel Yeliz: "Oyunun çətin olacağını bilirdik, çünki Azərbaycan yığması güclü rəqibdir"

Özel Yeliz: "Oyunun çətin olacağını bilirdik, çünki Azərbaycan yığması güclü rəqibdir" Türkiyənin qadınlardan ibarət həndbol komandanın üzvü məğlubiyyətdən danışıb
Fərdi
14 May , 2017 21:22
Özel Yeliz: Oyunun çətin olacağını bilirdik, çünki Azərbaycan yığması güclü rəqibdir

Bakı. 14 may. REPORT.AZ/ "Azərbaycanla final oyununun çətin olacağını əvvəldən bilirdik. Çünki Azərbaycan yığması çox güclü rəqibdir. Əslində məğlub olanda çox hirslənirəm, amma Azərbaycan bizim üçün qardaş dövlətdir və bu ölkənin yığmasını qələbə münasibəti ilə təbrik edirəm".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin qadınlardan ibarət həndbol üzrə yığma komandasının üzvü, İslamiadanın gümüş medal mükafatşısı Özel Yeliz deyib.

O, qeyd edib ki, komandanın uduzmasında əsas səbəblərdən biri yığmanın iki əsas üzvünün zədə alması olub: "Doğrudur, ilk yarışda pis çıxış etdik. Amma ikinci hissədə Azərbaycanı xeyli yorduq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan yığması doğma meydançada oynayıb. Bu amil də onlara kömək olub. Hakimlik də öz rolunu oynadı".

Ö. Yeliz həmçinin Marina Tankaskayanın oyununu yüksək dəyərləndirib: "Təcrübəli olmaq vacibdir. O, da oyunda son qolunu vurdu".

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət həndbol yığması finalda Türkiyə komandasını 28:26 hesabı ilə məğlub edib.

Son xəbərlər

Orphus sistemi