Orxan Səfərov: "Azərbaycan cüdosu özünün ən yaxşı günlərini yaşayır"

Orxan Səfərov: "Azərbaycan cüdosu özünün ən yaxşı günlərini yaşayır" "Sevinirəm ki, bu gün də qələbəyə nail oldum"
Fərdi
13 May , 2017 19:36
Orxan Səfərov: Azərbaycan cüdosu özünün ən yaxşı günlərini yaşayır

Bakı. 13 may. REPORT.AZ/ "Finalda qarşılaşdığım türkiyəli ilə ümumi hesabımız 3:1 mənim xeyrimə oldu. Bu vaxta qədər 3 dəfə qarşılaşmışdıq və 2-də mən qalib gəlmişdim. Sonuncu dəfə 2 həftə əvvəl qarşılaşmışdıq. Sevinirəm ki, bu gün də qələbəyə nail oldum". 

"Report" xəbər verir ki bunu jurnalistlərə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan cüdoçusu Orxan Səfərov deyib. 

Onun sözlərinə görə, Azərbaycan cüdo komandası lideridr: "Azərbaycan cüdo komandası həm Avropa çempionatında, həm də olimpiadada tarix yazıb. Bu gün isə 10 cüdoçumuzdan 9-u finala yüksəlib. Düşünürəm ki, Azərbaycan cüdosu özünün ən yaxşı günlərini yaşayır". 

Qeyd edək ki, Orxan Səfərov İslamiadada final görüşündə türkiyəli Bekir Özlüyə ipponla qalib gəlib. 

Son xəbərlər

Orphus sistemi