Yuxarı

Azərbaycanın Olimpiya mükafatçısı Valentin Xristov dopinq testindən sonra oyunlardan kənarlaşdırılıb

Onda qadağan edilmiş maddə aşkar edilib

Bakı. 23 dekabr. REPORT.AZ/ Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra 2012-ci ilin London Olimpiadasında Azərbaycanı təmsil etmiş bürünc mükafatçı Valentin Xristovu və London Olimpiadasının çempionu, ukraynalı Aleksey Toroxtini oyunlardan müvəqqəti kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə IWF-in rəsmi saytında bildirilir.

London Olimpiadası ağırlıqqaldıranlarının sınaqlarının təkrar analizindən sonra onlarda qadağan edilmiş deqidroxlormetiltestosteron maddəsi aşkar edilib. Toroxti Londonda 105 kq-a qədər çəki kateqoriyasında qalib gəlib, Xristov isə 56 kq-a qədər çəki kateqoriyasında üçüncü olub.

Bundan başqa, IWF Özbəkistanın nümayəndəsi, Londonda 105 kq-a qədər çəkidə dördüncü yeri tutmuş Ruslan Nurudinovu da kənarlaşdırıb. Yenidən sınaq yoxlamasından sonra onda da deqidroxlormetiltestosteron və stanozolol aşkarlanıb. Nurudinov Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarının çempionudur və 2013-cü ildə keçirilmiş dünya çempionatının qalibidir. Həmçinin Avropanın ikiqat çempionu Meline Daluzyan (Ermənistan) və belaruslu Nikolay Novikov da oyunlardan kənarlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi