On yaşlı üzgüçü Maykl Felpsə məxsus rekordu qırıb

On yaşlı üzgüçü Maykl Felpsə məxsus rekordu qırıb Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.
Fərdi
1 Avqust , 2018 15:48
On yaşlı üzgüçü Maykl Felpsə məxsus rekordu qırıb
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ-da 10 yaşlı üzgüçü Klark Kent Apuada 23 qat olimpiya çempionu Maykl Felpsə məxsus rekordu qırıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, yeniyetmə idmançı Kaliforniyada 100 metr məsafəyə batterflay yarışında 1 dəqiqə 09,38 saniyə göstərici ilə 23 illik rekordu yeniləyib. Felps bu yaşda öz rekordunu 1995-ci ildə müəyyənləşdirib – 1 dəqiqə 10,48 saniyə.

Qeyd edək ki, ABŞ idmançısı olan Felps 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından sonra karyerasını başa vurub. 

Son xəbərlər

Orphus sistemi