Yuxarı

Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub

Olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurdu

Boks üzrə Azərbaycan millisinin üzvü Lorenzo Sotomayor Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda əlcəzairli Şemseddin Kramouya ilə üz-üzə gəlib. Qarşılaşma Sotomayorun 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, L.Sotomayor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçısıdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi