Olimpiada: Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb

Olimpiada: Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb Şəhriyar Məmmədyarov ağ, bacısı isə qara fiqurlarla oynayacaq
Fərdi
4 Oktyabr , 2018 10:15
Olimpiada: Azərbaycanın şahmat yığmalarının Ukrayna və Ermənistana qarşı heyətləri açıqlanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün X turun görüşləri keçiriləcək.

"Report" xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşacaq.

Artıq komandaların heyətləri də məlumdur...

Ümumdünya Şahmat Olimpiadası

X tur

Kişilər

Azərbaycan - Ukrayna

Şəhriyar Məmmədyarov - Vasili İvançuk

Teymur Rəcəbov - Pavel Elyanov

Arkadi Naydiç - Yuri Krivoruçko

Rauf Məmmədov - Ruslan Ponomaryov

Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayacaq.


Qadınlar

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Elina Danielyan

Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan

Xanım Balacayeva - Anna Sarqsyan

Gülnar Məmmədova - Mariya Kursova

Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edəcək. Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, 9 turdan sonra Azərbaycanın qadın millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət yığma 13 xalla 10-cu, eyni xala malik Ukrayna 16-dı yerdədir. 

Son xəbərlər

Orphus sistemi