Nurməhəmmədovun atası Makqreqoru Dağıstana dəvət edib - VİDEO

Nurməhəmmədovun atası Makqreqoru Dağıstana dəvət edib - VİDEO Bakı. 19 oktyabr. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı boksçu Konor Makqreqoru təhqirlərinə görə bağışlayıb və onu Dağıstana dəvət edib.
Fərdi
19 Oktyabr , 2018 06:57
Nurməhəmmədovun atası Makqreqoru Dağıstana dəvət edib - VİDEO

Bakı. 19 oktyabr. REPORT.AZ/ Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi olan rusiyalı samboçu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov irlandiyalı boksçu Konor Makqreqoru təhqirlərinə görə bağışlayıb və onu Dağıstana dəvət edib.

“Report” xəbər verir ki, bunu o, "Youtube" kanalına yerləşdirilən videoda deyib.

"Bütün bunları bağışlayıram, mərhəmətli olmaq lazımdır", - deyə o bildirib.

Böyük Nurməhəmmədov həmçinin Makqreqoru dekabrın 15-də Dağıstan Respublikasında keçiriləcək peşəkar döyüş sambosu üzrə dünya çempionatına dəvət edib.

Bundan əvvəl Konor Makqreqor Həbib Nurməhəmmədovla revanş döyüşü keçirmək niyyətində olduğu bildirmişdi.

Son xəbərlər

Orphus sistemi