Niyaməddin Paşayev: "Sun Mi Parkla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq"

Niyaməddin Paşayev: "Sun Mi Parkla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq" "Köməkçi məşqçilərlə bağlı qərar verilməyib"
Fərdi
17 Yanvar , 2017 17:56
Niyaməddin Paşayev: Sun Mi Parkla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq

Bakı. 17 yanvar. REPORT.AZ/ "İlin sonunda Sun Mi Parkla müqavilə müddəti başa çatdı. Rza Mehmadustla müqaviləni artırdıq. Amma Mi Parkla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev qadınlardan ibarət yığmaya yeni baş məşqçi təyinatı ilə bağlı danışarkən deyib.

O, koreyalı mütəxəssisin vətəninə qayıtdığını bildirib: "Bundan sonra federasiyanın İdarə Heyətinin iclasında bu məsələni müzakirə etdik və qərara gəldik ki, baş məşqçi postuna Elnur Amanovu təyin edək. Hələlik köməkçi məşqçilərlə bağlı qərar verilməyib. Baş məşqçi özü istəsə, köməkçi təyin oluna bilər. Amma hazırda kişilərdən ibarət yığmanı Rza Mehmandust, qadınları isə Elnur Amanov hazırlayacaq. Yanvarın 20-21-də böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Həmin yarışda bütün qadın taekvondoçular mübarizə aparacaq. O cümlədən Fəridə Əzizova və Patimat Abakarova da yarışacaq".

N.Paşayev ölkə çempionatında kişilərdən ibarət yığmanın iştirak etməyəcəyini, bununla yanaşı, yarışın 8 qalibini Türkiyəyə aparacaqlarını söyləyib: "Kişilərdən ibarət yığma üzvləri çempionatda iştirak etməyəcək. Çünki onlar dekabrda Qran Pri və komandalararası dünya çempionatında mübarizə aparıblar. Kişilərin yarışında 8 çəki dərəcəsində qaliblər yığmaya cəlb ediləcək və fevralın 11-14-də Türkiyənin paytaxtı Ankarada "Turkish Open" beynəlxalq turnirində sınaqdan keçiriləcək".

Son xəbərlər

Orphus sistemi