Bakıdakı ilk Qran-prinin qalibi: "Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm"

Bakıdakı ilk Qran-prinin qalibi: "Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm" Ferrarinin maşınları birbaşa yolda sürətlidir. Bakıda şansları olacaqmı? Buna şübhə edirəm.
Fərdi
16 Aprel , 2019 11:11
Bakıdakı ilk Qran-prinin qalibi: Ferrarinin Mercedesi üstələyəcəyinə şübhə edirəm

"Ferrari"nin maşınları birbaşa yolda sürətlidir. Bakıda şansları olacaqmı? Buna şübhə edirəm".

"Report" xəbər verir ki, bunu 2016-cı ildə Bakıda təşkil olunan ilk "Formula 1" yarışının qalibi olan "Mercedes"in sabiq pilotu Niko Rosberq şəxsi bloqunda yazıb.

Karyerasını başa vuran almaniyalı sürücünün fikrincə, Bakı trasında qısa döngələrin çoxluğu "Ferrari"nin vaxt itirməsi ilə nəticələnəcək: "Onların hansı trasda üstün olacaqlarını bilmirəm. Hazırda vəziyyət belədir - "Mercedes" pilotları bütün Qran-prilərdə onları qabaqlayacaqlar. Hətta Barselonada da. Həm də "Ferrari"nin airodinamika ilə bağlı ciddi problemi var".

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi