"Neftçi"nin məşqçisinin cəzası ikiqat azaldılıb

"Neftçi"nin məşqçisinin cəzası ikiqat azaldılıb AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib.
Fərdi
16 Sentyabr , 2019 17:13
Neftçinin məşqçisinin cəzası ikiqat azaldılıb

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 11 may 2019-cu il tarixində Premyer Liqanın III turu çərçivəsində “Sumqayıt”la ev oyununun 90+4-cü dəqiqəsində rəqibin baş məşqçisi Ayxan Abbasova əl ilə zərbə vurduğuna görə sanksiya ilə üzləşən “Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyevin cəzası ikiqat azaldılıb.

Onun AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə cəzalandırıldığı oyun sayı 20-dən 10-a, kluba tətbiq olunan cərimə 16000 (on altı min) manatdan 8000 (səkkiz min) manata endirilib.

Son xəbərlər

Orphus sistemi