“Neftçi”nin legioneri: “Çempion olmaq istəyirik” - MÜSAHİBƏ

“Neftçi”nin legioneri: “Çempion olmaq istəyirik” - MÜSAHİBƏ “Neftçi”nin futbolçusu Mamadu Mboc evdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Fərdi
17 Fevral , 2020 04:40
“Neftçi”nin legioneri: “Çempion olmaq istəyirik” - MÜSAHİBƏ

“Neftçi”nin futbolçusu Mamadu Mboc evdə “Keşlə”ni 3:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” komandasının ikinci qolunun müəllifi olan seneqallı müdafiəçinin müsahibəsini təqdim edir.

- Qış fasiləsindən sonra ilk qələbənizi qazandınız. Bu barədə nə deyə bilərsiniz?

- Olduqca vacib oyun idi. “Keşlə” güclü rəqibdir. Biz tam olaraq oyuna kökləndik və nəticəsi də göz önündədir.

- Lider “Qarabağ”dan 8 xal geri qalırsınız. Uğurlu çıxışın davamı gələcəkmi?

- Bizim məqsədimiz “Qarabağ”a çatmaqdır. Bütün matçlarda qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

- Qış fasiləsindən sonra müntəzəm oynayırsınız və bu gün də qol vurdunuz. Belə demək olarmı ki, Roberto Bordinin gedişinə ən çox sevinənlərdən biri də siz oldunuz?

- Bordinlə heç bir problemim yox idi. O, məni “Neftçi”yə gətirən insanlardan biri olub. Ona lazım olduğumu dedi və bura gətirdi. Sadəcə, bu, seçim məsələsidir. Bordinin vaxtında hərdən oynayırdım. Amma aramızda heç bir problem olmayıb.

- Müdafiəçi olsanız da, yenə qol vurdunuz. Özünüzü necə hiss edirsiniz?

- Qola görə təbii ki, sevinirəm. Düzdür, qol vurmaq mənim işim deyil. Amma vurduğum qollar komandama kömək edirsə, xoşbəxtəm. Burada bəxt amili də var. Künc zərbəsindən sonra top başıma gəlir, mən də vururam.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Qəbələ səfərindən nə gözləyirsiniz?

- Biz çempion olmaq istəyirik. Çempionluq relsində olmaq istəyiriksə, hər oyunda qələbə qazanmalıyıq.

Son xəbərlər

Orphus sistemi