Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan cüdoçusu Murad Fətiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pridə bürünc medal uğrunda güləşəcək.
“Report” xəbər verir ki, 81 kq çəkidə çıxış edən yığma üzvü mübarizəyə 1/32 finaldan başlayıb.
O, ardıcıllıqla Ouen Kohlanı (Avstrailya), Cek Hattonu (ABŞ) və Sebatyan Martsinkeviçi (Polşa) məğlub etdikdən sonra 1/4 finalda Muki Saqiyə (İsrail) uduzub.
Təsəlliverici görüşdə Antonio Espozitonu (İtaliya) üstələyən Fətiyev axşam saatlarında bürünc medal görüşündə Kristian Parlati (İtaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün 73 kq çəkidə yarışan Hidayət Heydərov ilk, Rüstəm Orucov isə ikinci görüşdə uduzaraq fəxri kürsüyə yüksəlmək şansını itirib.