Mingəçevir. 23 aprel. REPORT.AZ/ Mingəçevirin Kür Olimpiya İdman Tədris Mərkəzində İslam Həmrəylik Oyunları – 2017-yə dəstək məqsədi ilə Su festivalı təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, İslamiada-2017-nin Təşkilat Komitəsinin nümayəndəsi Ülviyyə Əkbərova və oyunların Fəxri səfiri, Olimpiya mükafatçısı Rəsul Çunayevin iştirakı ilə keçən festival silsilə tədbirlərlə əlamətdar olub.
Öncə mingəçevirli idmançı - sambo üzrə dünya və Avropa mükafatçısı Ayaz Umudəliyev qayıqla Kür çayından festivalın rəmzi olan su nümunəsi götürüb. Daha sonra yeniyetmələr arasında əyləncəli idaman oyunları təşkil olunub.
Su festivalı Heydər Əliyev meydanında təşkil olunan konsert proqramı ilə davam edib.