Mingəçevirdə cüdo məşqçiləri üçün seminar keçirilib

Mingəçevirdə cüdo məşqçiləri üçün seminar keçirilib Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası (ACF) mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil edir və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır.
Fərdi
3 İyul , 2018 20:53
Mingəçevirdə cüdo məşqçiləri üçün seminar keçirilib

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyası (ACF) mütəmadi olaraq regionlarda çalışan məşqçi-müəllimlər üçün seminarlar təşkil edir və onlar bu idman növünün yeni qaydaları ilə ətraflı məlumatlandırılır.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti belə bir tədbir Mingəçevirdə baş tutub. 

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Aran Qarabağ” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminar Mingəçevirə ezam olunmuş federasiyanın Regionlarda cüdonun inkişaf sektorunun şöbə müdiri Tərlan Poladlı və məşqçilər komitəsinin üzvü Musa İsmayılov tərəfindən aparılıb. 

Seminar iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandrılıblar.

Son xəbərlər

Orphus sistemi