Yuxarı

Mingəçevirdə 9 yaşlı güləşçinin məşq zamanı başı yarılıb

Məşqdə fənd işlədərkən uşağın başı zalın divarına dəyib

Mingəçevir. 17 fevral. REPORT.AZ/ Mingəçevirdə 9 yaşlı güləşçi məşq zamanı ciddi xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhər stadionunda fəaliyyət göstərən güləş zalında baş verib.

2009-cu il təvəllüdlü Atakişiyev Ümid Bilal oğlu məşq zamanı fənd işlədərkən baş nahiyəsi ehtiyatsızlıqdan zalın divarına dəyib. Nəticədə başı yarılan uşaq xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi