Mingəçevirdə 9 yaşlı güləşçinin məşq zamanı başı yarılıb

Mingəçevirdə 9 yaşlı güləşçinin məşq zamanı başı yarılıb Məşqdə fənd işlədərkən uşağın başı zalın divarına dəyib
Fərdi
17 Fevral , 2018 21:38
Mingəçevirdə 9 yaşlı güləşçinin məşq zamanı başı yarılıb

Mingəçevir. 17 fevral. REPORT.AZ/ Mingəçevirdə 9 yaşlı güləşçi məşq zamanı ciddi xəsarət alıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə şəhər stadionunda fəaliyyət göstərən güləş zalında baş verib.

2009-cu il təvəllüdlü Atakişiyev Ümid Bilal oğlu məşq zamanı fənd işlədərkən baş nahiyəsi ehtiyatsızlıqdan zalın divarına dəyib. Nəticədə başı yarılan uşaq xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi