Milli Paralimpiya Komitəsində İslamiadaya həsr olunmuş müşavirə keçirilib

Milli Paralimpiya Komitəsində İslamiadaya həsr olunmuş müşavirə keçirilib İclasda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq müzakirə olunub
Fərdi
30 Mart , 2017 13:28
Milli Paralimpiya Komitəsində İslamiadaya həsr olunmuş müşavirə keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Milli Paralimpiya Komitəsində (MPK) müşavirə keçirilib. MPK-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun prezidenti İlqar Rəhimovun rəhbərliyi baş tutan müşavirədə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək para atletika idman növü üzrə idmançıların hazırlıq vəziyyəti müzakirə edilib.

Komitənin baş katibi, müvafiq şöbələrin müdirləri və atletika idman növü üzrə baş məşqçi oyunlara hazırlıqla bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

İclasda idmançıların fevralda Belarusda təlim-məşq toplanışında iştirak etməsi, martda Dubayda keçirilmiş IX Fəzza Beynəlxalq Qran Prisində 5 qızıl, 5 gümüş və 1 bürünc medal qazanmaları vurğulanıb.

Qeyd edək ki, 12 - 22 mayda Bakıda keçriləcək IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar cüdo və atletika növlərində iştirak edəcəklər. Azərbaycanı cüdoda 4-ü qadın olmaqla 12, atletikada 2-si qadın olmaqla, 15 idmançı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi